Narkokuryerlər özlərini "meyvə satıcısı" kimi göstərmək istədilər - VİDEO

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təsir edən xassəyə malik narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının çətin relyef şəraitli ərazidə keçirdikləri əməliyyat tədbirlərilə əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov saxlanılıblar.
Onlardan xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri 12 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin, əlavə olaraq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotiklərin daşınmasını həyata keçirərkən diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə guya sitrus meyvələrinin satışı ilə məşğul olduqlarının görüntüsünü yaradıblar.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT











