Banner

Narkokuryerlik edən şəxsdən 3 kiloqram heroin aşkarlandı - FOTO - VİDEO

Xəbərlər 29 Avqust 2024 16:38 Oxunub 640
Narkokuryerlik edən şəxsdən 3 kiloqram heroin aşkarlandı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Instaqram”da tanış olduğu İran vətəndaşının pul müqabilində narokuryerlik təklifini qəbul edən şəxsdən 3 kiloqram heroin aşkarlanıb.

Avtosfer.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Elçin Əlizadə saxlanılıb. Onun üzərindən və avtomobilindən 3 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, narkotik vasitələri satış məqsədilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.


 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh