Narkomaniya yuvasına çevrilən tələbə yataqxanası - VİDEO

"Dostluq" kino teatrının yaxınlığında yerləşən və dağılmaq üzrə olan tikili narkomanlar üçün əsl tiryəkxanaya çevrilib.
Avtosfer.az xəbər verir ki, Nəsimi rayonunda uzun illər tələbə yataqxanası olan binada keçmiş məcburi köçkünlər məskunlaşmışdı.
Bir müddət öncə onlar bu ərazidən köçürüldükdən sonra narkotik aludəçiləri binadan tiryəkxana kimi istifadə edirlər.
Bir vaxtlar tələbələrin qaldığı məkanda, günün hər saatında narkomanlara rast gəlmək mümkündür.
Bura yığılan narkomanlar köhnə yataqxana binasının hər küncündə yaşamaq üçün özlərinə şərait qurublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev ATV-yə bildirib ki, həmin əraziyə əlavə naryad qrupları təhkim olunub. Neqativ hallar tam aradan qaldırılana qədər gücləndirilmiş şəkildə nəzarət tədbirləri davam etdiriləcək.
Onu da qeyd edək ki, köhnə yataqxana binası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansındadır. Burada 2014-cü ildə söküntü işləri başlayıb və sonradan işlər yarımçıq dayandırılıb.
Ətraflı süjetdə:
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











