Banner

Narkotacirlərə məxsus sualtı qayıq ƏLƏ KEÇDİ

Xəbərlər 28 İyun 2025 12:11 Oxunub 380
Narkotacirlərə məxsus sualtı qayıq ƏLƏ KEÇDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Meksika Hərbi Dəniz Qüvvələri narkotacirlərə məxsus sualtı qayığı saxlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş "X" sosial şəbəkə hesabında yazıb.

Bildirilir ki, sualtı qayığın göyərtəsində ümumi dəyəri 42 milyon dollardan çox olan 3.5 ton kokain müsadirə edilib.

Nazirin sözlərinə görə, fakt üzrə üç əcnəbi vətəndaş saxlanılıb:

"Ümumilikdə 2024-cü ilin oktyabrından bəri dənizdə keçirilmiş əməliyyatlarda 44.8 ton kokain ələ keçirilib".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh