Banner

Naxçıvan DİN-dən ƏMƏLİYYAT: Ölkəyə saxta dollar gətirən dəstə ƏLƏ KEÇDİ - FOTO

Xəbərlər 19 Dekabr 2023 12:44 Oxunub 592
Naxçıvan DİN-dən ƏMƏLİYYAT:  Ölkəyə saxta dollar gətirən dəstə ƏLƏ KEÇDİ  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə saxta dollar əsginaslarını gizli yollarla gətirən dəstə zərərsizləşdirilib. Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib.

Dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh