Naxçıvan istiqamətində atəşkəsin pozulması İrəvanın maraqlarına cavab vermir - Hərbi ekspert

Xəbərlər 2 Aprel 2024 15:47 Oxunub 236
Naxçıvan istiqamətində atəşkəsin pozulması İrəvanın maraqlarına cavab vermir - Hərbi ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Ermənistan tərəfinin 5 apreldə baş tutacaq görüş öncəsi sərhəddə mövcud olan kövrək sülhü tamamilə aradan qaldırmağa yönəlik addımları heç bir halda İrəvanın dövlət və milli maraqlarına cavab vermir. Bu fəaliyyətlər əsasən Fransa və ABŞ kimi işğalçı ölkələrə dəstək verməyə çalışan qüvvələrə regionda təhlükəsizlik üçün əlavə dəstələr yerləşdirməyə yönəlik addımlar kimi dəyərləndirilir. Naxçıvan istiqamətində atəşkəsin pozulmasından öncə Ermənistan tərəfi ilk növbədə qoşunların sərhədimizə konsentrasiyasını həyata keçirdi, ardınca isə hücum məqsədli fortifikasiya qurğularını inşa etdi. Paralel olaraq isə dünəndən Ermənistan ordusunda beş min nəfərlik heyətin hərbi toplanışlara cəlb edilməsinə başlanılıb. Digər tərəfdən isə ABŞ instruktorları da Ermənistan ərazisindəki təlimlərinə dünəndən start veriblər. Belə olduğu halda Azərbaycan tərəfi bütün bu prosesləri Ermənistanın sülh danışıqları üzrə əldə edilən mövcud kiçik də olsa nailiyyətləri tamamilə aradan qaldırmağa yönəldiyini və regionda məhz Ermənistanın davranışları, üzündən dayanıqlı sülhün əldə olunmaması böyük problemə çevrilir”.

Bu sözləri AzNews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Azərbaycan əsgərinin sağlamlığına yaradılan ciddi təhdidlər isə ordumuzun şəxsi heyəti tərəfindən preventiv olaraq aradan qaldırılmalıdır.

“Azərbaycan sərhədlərində inşa edilən fortifikasiya qurğuları, sərhədlərimizə yaxınlaşdırılan texnika, vasitə, avadanlıq və şəxsi heyət Azərbaycan Ordusu üçün legitim hədəfdir və bu hədəflərin fəaliyyətə başlamadan öncə, daha preventiv olaraq aradan qaldırılması boynumuzun borcudur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh