Naxçıvana aviabiletlər ucuzlaşa bilərmi? - VİDEO

''Ermənistanın işğalçılıq siyasəti ucbatından uzun illərdir blokada şəraitində olan Naxçıvana artıq bir neçə aydır ki, Zəngəzur dəhlizinin hava məkanından istifadə edilməklə uçuşlar həyata keçirilir. Nəticədə həm vaxta, həm də yanacağa qənaət edilir. Bu da sözügedən istiqamət üzrə aviabiletlərin qiymətlərinin endirilməsini aktuallaşdırır.
Avtosfer.az-ın məlumatına görə, iqtisadçı- ekspert Rəşad Həsənov deyir ki, Naxçıvan istiqamətində biletlərin dəyərinin 30 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Bu məqsədlə hər il dövlət büdəcsindən 10 milyon manat subsidiya ayrılır.
Rəşad Həsənovun sözlərinə görə, qiymət siyasətində 2 istiqamətdə dəyişiklik etmək mümkündür. Birinci versiya zamanı vətəndaşların ödədikləri məbləği azaldıb subsidiya hissəsini olduğu kimi saxlamaq mümkündür. Bu zaman pandemiya şəraitində səfər edən vətəndaşlar büdcələrinə qənaət edə bilərlər. İkinci variant kimi isə biletin dəyərinin subsidiyalaşdırılan hissəsi ləğv edilə bilər. Belə olan halda isə ayrılan 10 milyon manat vəsaiti vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına sərf etmək olar.
Qeyd edək ki, hazırda Naxçıvana 1 aviabiletin qiyməti 70 manatdır. Bunun 50 manatını vətəndaş ödəyir, qalan hissəsi isə dövlət tərəfindən subsidiya şəklində azala ödənilir.
Avtosfer.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













