Banner

Naxçıvanda 1 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb - VİDEO

Xəbərlər 10 Fevral 2024 14:00 Oxunub 800
Naxçıvanda 1 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasının Qaraçuk kəndində 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkarlanıb.

Bu barədə Avtosfer.az-a Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkarlayıb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndilib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh