Banner

Naxçıvanda ev alqı-satqı ofisində 2000-dən çox vətəndaşın anket məlumatları aşkarlanıb - VİDEO

Xəbərlər 16 Yanvar 2024 16:42 Oxunub 1210
Naxçıvanda ev alqı-satqı ofisində 2000-dən çox vətəndaşın anket məlumatları aşkarlanıb   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvan polisi tərəfindən baş vermiş hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilir.

Avtosfer.az Naxçıvan DİN-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” adlanan ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub .

Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub.

N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi Vətəndaşaları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh