Naxçıvanda Polis Məktəbinə kursant qəbulu başladı - VİDEO
Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 175 sm, yaşı 30-dan çox, 20-dən az olmayan və müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər..
Namizədlər Naxçıvan MR Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasından müayinədən, habelə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılmış fiziki hazırlıq və seçmə komissiyalarında müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı ixtisas seçimində iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar test üsulu ilə, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları formatında (Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə), Azərbaycan dilində keçirilir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə qəbul olunmuş kursantlar təhsil müddəti ərzində dövlət hesabına xüsusi geyim forması, təqaüd, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 2 ildir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbini müvəffəqiyyətlə bitirmiş məzunlara Məktəbdə yaradılan Dövlət Attestasiya Komissiyasının qərarı ilə “Hüquq-mühafizə fəaliyyəti” ixtisası və “polis kiçik leytenantı” xüsusi rütbəsi verilir.
Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- tam orta təhsil haqqında sənəd (attestat);
- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- hərbi bilеt;
- əmək kitabçası;
- arayış (ailə tərkibi və yaşayış yeri haqqında, işləyənlər üçün isə əlavə olaraq iş yerlərindən);
- xasiyyətnamə (yaşayış və ya iş yerindən);
- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil.
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:
060-600-11-00
050-356-64-24