Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Xəbərlər 24 Sentyabr 2024 12:38 Oxunub 204
Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXARILDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Baş nazirinin müavini vəzifəsindən azad olunub.

Avtosfer.az report-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun VII çağırış muxtar respublika Ali Məclisinə deputat seçilməsi Naxçıvan MR Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh