Nazir polkovnik-leytenantın vəzifəsini kiçiltdi - YENİLƏNİB

General-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Avtosfer.az xəbər verir ki, Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi, daxili xidmət mayoru Şahmalı Əhmədova həvalə olunub.
Qeyd edək ki, Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Aqil Ağayev öz vəzifəsində qalır.
***11:53
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə polkovnik-leytenant Aqil Ağayev vəzifəsindən azad olunaraq, paytaxtda yanğın bölmələrinin birinin rəisi təyin olunub.
Kəmaləddin Heydərovun digər əmri ilə Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi daxili xidmət mayoru Şahmalı Əhmədov Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, vəzifəsi hissə rəisindən bölmə rəisinə endirilən Aqil Ağayev ötən ilin avqust ayında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










