Banner

Nazirin şəhidlərin ailə üzvləri və qazilərlə bağlı çağırışına qoşulan şirkətlər - SİYAHI

Xəbərlər 8 İyul 2021 18:46 Oxunub 1052
Nazirin şəhidlərin ailə üzvləri və qazilərlə bağlı çağırışına qoşulan şirkətlər - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatına dəstək məqsədilə məşğulluq marafonu keçirilir.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında sahibkarlara, biznes ictimaiyyətinə və işəgötürənlərə çağırış da etmişdi.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, artıq bir neçə sahibkar və şirkət ailələrə yardım və işlə təminatlarına dəstək məqsədilə humanist təşəbbüsdə fəal iştiraka qoşulub:

- “Bolmart” supermarket

- “Grandmart” supermarket

- “Admedia” reklam agentliyi

- “Yurd Pharma”MMC

- “NewMedia” reklam agentliyi

- “Unity Company” Azerbaijan

Hazırda on dörd şəhid ailəsi, ümumilikdə isə 30-a yaxın qazi və ailəsinə yardım göstərilir, işlə təminatı bərpa edilir. Yardım paketində birdəfəlik ödəmə ilə yanaşı, işinə xitam verilmiş şəhidlərimizin aylıq müavinətləri də ailələrinə ödənilir.

Məlumat üçün bildirək ki, İkinci Qarabağ müharibəsi başlayan gündən etibarən də ön xəttdə döyüşən hərbçilərimizə və ailələrinə xüsusi diqqət və lazımi dəstək göstərilib.

QEYD: İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu çağırışına digər sahibkarların, biznesmenlərin də dəstək göstərmələri, humanist təşəbbüsə qoşulmaları xahiş olunur!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh