Nazirlikdən corab satan məşhur aktyorla bağlı AÇIQLAMA - YENİLƏNİB

"Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir. Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
"Bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir".
Xatırladaq ki, Aktyor Allahverdi Yolçuyev müxtəlif illərdə teatr və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979-1981-ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1985-1987-ci illərdə isə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Sonrakı illərdə, 1987-2016-cı illərdə televiziya və radio sahəsində fəaliyyət göstərərək, "Laylay", "Göydən üç alma düşdü" və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.(oxu.az)
***13:23
Azərbaycanın tanınmış aktyoru Allahverdi Yolçuyev maddi çətinliklər səbəbindən corab satdığını bildirib. Sözügedən məsələ rezonansa səbəb olub.
Bəs görəsən, aktyora dövlət qurumlarından hansısa formada dəstək təklif olunubmu? Ümumiyyətlə, aktyorun gözləntisi nədir?
Avtosfer.az xəbər verir ki, oxu.az-ın əməkdaşı Allahverdi Yolçuyevlə söhbətləşib.
O bildirib ki, xəstələndikdən sonra dərman xərclərini qarşılamaq üçün bu yola əl atıb:
"Heç kimə ağız açmamışam, heç kəsin qapısını döyməmişəm. Mən bu cür insan deyiləm. Amma dərman xərclərini qarşılamaq üçün corab satıram. Media sağ olsun, hər şeyi məndən yaxşı bilir. Yazılır, pozulur, danışılır, amma nəticə yoxdur. Mən normal bir təqaüd istəyirəm. Başqa heç nə istəmirəm".
Aktyor qeyd edib ki, Mədəniyyət Nazirliyi ona müəyyən dəstək göstərib:
"Nazir Adil Kərimli mənimlə birbaşa əlaqə saxladı. Dedi, nəyə ehtiyacın varsa, de. Maddi yardım da etdi, sağ olsun. Amma bu, birdəfəlik idi. Bir manat da versələr, təşəkkür edirəm. Amma mən normal, sabit bir təqaüd istəyirəm ki, yaşamaq mümkün olsun. May ayında rəsmi məktub da yazmışam. Tez-tez başqalarına ağız açan adam deyiləm. Bu, mənə xoş olmur".
Allahverdi Yolçuyev əlavə edib ki, bir çox aktyor bu gün ağır şəraitdə yaşayır:
"Elə aktyorlar var ki, məndən də pis vəziyyətdə yaşayırlar. Onlar üçün bir şey fikirləşmək lazımdır".
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











