Nazirliyin dələduz "əməkdaşı" tutuldu - VİDEO

Daxili İşlər Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “Facebook” səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü qeyd edilən qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət daxil olub.
Bu barədə DİN-dən Avtosfer.az-a verilən məlumatda bildirilib. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüqar Əhmədov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Vüqar Əhmədov “Facebook” sosial şəbəkəsində “Həsən Ağayev” və digər saxta profillər yaradaq orada qeyd edilən dövlət qurumunun əməkdaşı olduğu barədə informasiyalar yerləşdirib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsinin şərh bölməsinə yazan vətəndaşlarla əlaqə yaradaraq onların müraciətlərini qısa zamanda həll edəcəyi barədə yalan vədlər verib. Vüqar Əhmədov bunun müqabilində zərərçəkənlərdən onun kartına müxtəlif məbləğlərdə maddi vəsasitin köçürülməsini tələb edib. Həmin vəsaitləri əldə edəndən sonra isə zərərçəkənlərin onunla bir daha əlaqə yaratmaması üçün mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Vüqar Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxii İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











