Banner

Nəriman Abbasov Avropa çempionuna nokautla qalib gəldi - VİDEO

Xəbərlər 12 Aprel 2021 08:00 Oxunub 956
Nəriman Abbasov Avropa çempionuna nokautla qalib gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib.

 27 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq “AMC Fight Night100” döyüş gecəsində Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gəlib.

İlk iki raundda Amirov müqavimət göstərsə də, üçüncü raundda zərbələr qarşısında duruş gətirə bilməyib. O, döyüşü davam etdirmək istəməyib. Beləliklə, Abbasov görüşü texniki nokautla başa vurub.

Bununla da yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Azərbaycan təmsilçisi titulunu qoruyub. "Lujniki"dəki görüş Abbasovun 29-cu sınağı olub. O, ümumilikdə 26-cı və ardıcıl 11-ci qələbəsini qazanıb.

Əslində bu görüş aprelin 10-da gerçəkləşməli idi. Lakin həmin vaxt döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinin pandemiya şərtlərini pozaraq zalı tam doldurmaları səbəbindən təxirə salınıb.

Xatırladaq ki, Nəriman Abbasov daha əvvəl 2020-ci ilin sentyabrında Rusiyanın daha bir təmsilçisi Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh