Nəsimi rayonunda 36 kq narkotik aşkarlandı - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı 38 yaşlı Azad Fərəcov və əvvəllər məhkum olunan 41 yaşlı Mikayıl Səlimov saxlanılıb.
A.Fərəcovdan 3 kiloqram 175 qram tiryək, 7 kiloqram 340 qram marixuana, 800 ədəd metadon həbi, M.Səlimovdan isə 2 kiloqram 10 qram heroin və metamfetamin, eləcə də 8 kiloqram 75 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkədə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Sonuncu əməliyyat zamanı 20 kiloram 637 qram narkotik vasitə dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işləri başlanılıb. A.Fərəcov və M.Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 36 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










