NİİM svetoforlarla bağlı vətəndaşlara müraciət edib - FOTO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) vətəndaşlara müraciət edib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Xatırlatmaq istəyirik ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan svetoforlar birbaşa Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur və müşahidə kameraları vasitəsilə yollara nəzərət edilir. Svetoforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə göndərilir.
Lakin bəzi hallarda kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər".
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB












