Niderlandda fermerlər mitinqə tank gətirdilər - VİDEO
Xəbərlər 7 İyul 2022 18:29 Oxunub 544
Niderlandda fermerlər mitinqə tank gətirdilər - VİDEO

Niderlandlı fermerlər Azot Emissiyasının Azaldılması Aktının qəbuluna qarşı mitinqə tank gətiriblər.

Onlar hakimiyyətin bu qərarı ilə müflis ola biləcəklərindən qorxurlar.

Etirazçılar magistral yolları, sərhədyanı əraziləri, kənd və şəhər yollarını bağlayır, öz şəhərlərinin meriyalarına, televiziya və radio mərkəzlərinə etiraz etməyə gəlirlər. Minlərlə sahibkar avropalı bürokratların ekoloji məsələlərə görə həyatlarını məhv edəcəklərindən qorxur.

Yeni qanuna əsasən, azot emissiyaları təxminən 70% azalmalıdır.

Mütəxəssislərin fikrincə, bu, Niderlandın heyvandarlıq təsərrüfatlarının üçdə birinin iflasa uğraması deməkdir.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh