Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas oldu - VİDEO

Xəbərlər 3 Noyabr 2020 09:00 Oxunub 826
Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas oldu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas olub.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, hadisə Rotterdamın Speykeniss şəhərində “De Akkers” terminal stansiyasında baş verib: maşinist idarəetməni itirib, nəticədə qatar stansiyanın hasarını aşaraq, onun ərazisindən çıxıb.

Ancaq balina quyruğu şəklində heykələ ilişən qatar kanaldan on metr məsafədə havada qalıb.

Qatarda sərnişin olmayıb. Sürücünün özü fövqəladə hadisə nəticəsində xəsarət almayıb.

O da vurğulanır ki, heykəltəraş Martin Streysin “Balina Quyruğu” əsəri 2002-ci ildə hazırlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh