Niderlandlı fermerlər yolları peyin və samanla bağladılar – VİDEO
Xəbərlər
28 İyul 2022 17:29
Oxunub 1152

Niderlandda hökumətin azot tullantılarını məhdudlaşdırmaq planlarına etiraz edən fermerlər bir sıra yolları peyin və samanla bağlayıblar.
A1, A12, A28, A30 magistrallarının bağlanması digər yollarda böyük sıxlığa səbəb olub. Etirazçılar yola atılan saman bağlamalarını da yandırıblar.
Məlumata görə, yerli hakimiyyət orqanları və polis etirazçıları yolların blokadasını dayandırmağa çağırıb. Bildirilib ki, yollara peyin, tullantı və digər materialların atılması potensial təhlükəli vəziyyətlər yarada və qəzalara səbəb ola bilər.
Artıq yolun hərəkət zolağının bağlı olması səbəbindən azı bir qəza baş verib.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













