Bakıda daha bir özbaşınalıq: FEDERASİYA RƏHBƏRİ CƏSARƏT ƏHMƏDOV "KABUSU"

Xəbərlər 18 İyul 2020 13:26 Oxunub 4136
Bakıda daha bir özbaşınalıq: FEDERASİYA RƏHBƏRİ CƏSARƏT ƏHMƏDOV "KABUSU"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nizami rayonunda yaşayan vətəndaş KİV-ə müraciət edərək, ona məxsus qarajın özünü "Qol güləşi Federasiyası"nın rəhbəri kimi təqdim edən Cəsarət Əhmədov tərəfindən zəbt edildiyini deyib. Ərazisi zəbt olunan Yasər Ağayevin müriacətində deyilir:

"Yazıb sizə bildirmək istəyirəm ki, mən özünü Azərbaycan Respublikası "Qol Güləşi Federasiyası"nın rəhbəri kimi təqdim edən Cəsarət Əhmədov adlı şəxs tərəfindən çox ciddi qanunsuzluqlarla üzləşmiş və yaranmış vəziyyətdən çıxış üçün məcburən sizlərə müraciət edirəm.

Uzun müddətdir ki, Cəsarət Əhmədov adlı şəxs, Nizami rayonu ərazisində yerləşən parklanma üçün ayrılmış ərazini ümumi olaraq aldığını iddia edərək müəyyən tikinti işləri aparmaqdadır. Ərazi daxilində isə texniki pasportu və digər sənədləri olan, mənə məxsus qarajı mən ambar kimi illərdir istifadə edirəm. Cəsarət adlı şəxs öz səlahiyyətlərindən sui istifadə edərək həmin hasarlanmış parklanma ərazisinin giriş qapısının kilidini dəyişərək daxildə mənə məxsus sənədləri olan mülkiyyətimə giriş etməyə icazə vermir. Hər dəfəsində müraciət etməyimizə baxmayaraq ərazinin ona aid olduğunu, mənə məxsus qarajında söküləcəyini hədə-qorxu ilə bildirir, və mənim şikayət edəcəyimi bildirdiyimdə isə, heç bir şəxsdən çəkinmədiyini qeyd edir. Hazırda məhkəmələrində yaranmış pandemiya ilə əlaqədar fəaliyyətinin dayandırıldığını nəzərə alaraq sizə ünvanlamış olduğum bu məktubuma qısa müddətdə baxılmasını çox xahiş edirəm.

Hər keçən dəqiqə mənə olunan hədə-qorxular, mülkiyyətimin söküləcəyi xəbərdarlıqları məni çox narahat etməkdədir. İstəyim isə sadəcə mülkiyyətimə giriş icazəsinin verilməsidir.

Hörmətlə: Ağayev Yasər Miraslan oğlu.

Mövzunu davam etdirəcəyik.

Mənbəə: 7news.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh