Nömrələr onlayn satılsın, cərimə balları ləğv edilsin – TƏKLİFLƏR

İqtisadçı ekspert Mustafa Abbasbəyli Azərbaycanda yol-hərəkət fəaliyyəti üzrə təkliflərlə çıxış edib. Avtosfer.az xəbər verir ki, bu barədə təkliflərdə avtomobillərin qeydiyatının sadələşdirilməsi, qeydiyyat rüsumlarının artırılması, avtomobil nömrələrinin onlayn satışı, cərimə ballarının və etibarnamələrin ləğv edilməsi kimi yeniliklər əksini tapıb. Fins.az bu təklifləri təqdim edir:
«Yol hərəkəti fəaliyyəti üzrə təkliflər:
Məlum olduğu kimi, hal-hazırda ölkənin bir çox sahələri üzrə islahatlar həyata keçirilməkdədir. Bu ərəfədə, yol hərəkəti, DYP faliyyəti və yol infastrukturu sahəsində bir sıra təkliflər irəli sürmək istərdim:
1. Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat və İmtahan şöbəsində bir pəncərə prinsipini tətbiq edərək, zərurətsiz olan prosedurları sadələşdirmək;
2. Avtomobillərin qeydiyyat və təkrar qeydiyyatı zamanı (alqı-satqı, dövlət nömrə nişanı alma, dəyişmə və s.) alınan rüsumların məbləğini (formallıqdan reallığa keçirtmək məqsədi ilə) artırmaq;
3. Artırılmış olan rüsumlar sayəsində DYP əməkdaşlarının maaşlarını (maddi asılılığı aradan qaldırmaq məqsədi ilə) artırmaq;
4. Dövlət nömrə nişanlarının onlayn şəkildə seçilməsini və dəyərinin ödənilməsini təmin etmək;
5. Elektron formada tərtib olunmuş protokollar barədə sürücüyə məlumatın çatdırılmasını təmin etmək və sürücü qərarla razı olmaqıda, protokolun mübahisələndirməsi prosedurunu işləyib hazırlamaq;
6. Etibarnamə əsasında avtomobillərin idarə edilməsini ləğv etmək;
Hal-hazırda DYP qurumları ən müasir texnoloji avadanlıqlarla təchiz edilmişdir. Bu isə öz növbəsində istənilən DYP əməkdaşına, istənilən avtomobilin qaçırılma faktını anında müəyyən etməyə imkan yaradır.
7. Sürücülərə təbiq edilən cərimə balları sistemini ləğv etmək;
Hal-hazırda bal sisteminin mövcudluğu ödənməli olan cərimə məbləğlərinin qeyri rəsmi şəkildə ödənməsində sürücüləri maraqlı edir.
8. Avtomobillərin texniki baxışdan keçmə təcrübəsini tamami ilə ləğv etmək;
Əvəzində mühərrik həcminə uyğun olaraq illik rüsumların ödənməsini tətbiq etmək.
9. Avtomobil şüşələrinin tündləşdirilməsinə müvafiq rüsum alma müqabilində icazə vermək.
Bunun sayəsində dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına şərait yaratmaq.
10. Ölkə ərazisində fəaliyyət göstərən bütün stasionar postları ləğv etmək;
Əvəzində hər 50 km məsafədə, bir patrul avtomobili üçün müvafiq yer ayırmaq və həmin patrul avtomobilini 50 km-lik ərazidə yol hərəkəti təhlükəsizliyinin nəzarətinə təhkim etmək.
11. Avtomobillərin sürət həddini müəyyən edən nişanlamada müvafiq qanunauyğunluq müəyyən etmək;
Bir zolaqlı şəhərkənarı yollarda saatda 100 km, iki və daha artıq zolaqlı yollarda saatda 120 km sürət həddi müəyyən etmək.
12. Şəhərkənarı yollar üzərində olan ictimai nəqliyyat dayanacaqlarını, yanacaq doldurma məntəqələrini, habelə ictimai iaşə obyektlərini yollardan azı 10 metr kənara çıxartmaq və bu obyektlərə müvafiq giriş çıxışlar (avtobanlarda olduğu kimi) müyyən etmək.
13. Dövlət Yol Polisinin bütün şəxsi heyətini attestasiyaya cəlb edərək, fiziki hazırlıqlarını və qanunvericilik üzrə biliklərini yoxlamaq;
14. Yol hərəkəti qanunvericiliyinə bəzi əlavələr etmək: yolun sağ hərəkət zolağı boş olduqda sol solaqlarda hərəkətə görə cərimə müəyyən etmək; hərəkət zolaqlarını dönmə işıqlarını istifadə etmədən dəyişməyə görə cərimə müəyyən etmək, avtomobilin arxa oturacağında xüsusi qurğu olmadan uşaqların daşınmasına görə cərimə müəyyən etmək».
Avtosfer.az bildirir ki, bu təkliflərin əksəriyyəti bugünkü qanunvericilikdə əksini tapır. Sadəcə, icra mexanizmində müəyyən problemlər var.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










