Növbəti köç karvanı Təzəbinə kəndinə çatdı - FOTO - YENİLƏNİB

Oktyabrın 10-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə köçürülən 53 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ballıca kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
***15:11
Oktyabrın 10-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə köçürülən 126 nəfərdən ibarət 28 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Ballıca kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
***
İşğaldan azad olunmuş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Oktyabrın 10-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə yola salınıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 15 ailə - 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə - 126 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.



Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır











