Banner

Növbəti köç karvanı Xıdırlı kəndinə çatdı - YENİLƏNİB

Xəbərlər 26 Dekabr 2025 14:14 Oxunub 124
Növbəti köç karvanı Xıdırlı kəndinə çatdı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Növbəti köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb.

Avtosfer.az xəbər verir ki, bu mərhələdə kəndə 11 ailə (48 nəfər) köçürülüb.

Qeyd edək ki, doğma yurduna qayıdan ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***13:53

Ağdam rayonuna yola salınan 64 ailədən ibarət növbəti köç karvanı Xıdırlı kəndinə çatıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kənddə 64 ailə (278 nəfər) daimi qayıdışı təmin edilib.
 

***

Növbəti köç karvanı Xocavənd rayonunun Hadrut qəsəbəsinə çatıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər) köçürülüb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.

***

Böyük Qayıdış prosesinə uyğun olaraq bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, doğma yurduna qayıdan ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 64 ailə (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailənin (48 nəfər) daimi qayıdışı təmin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh