Banner

Növbəti köç karvanı Xocalının Şuşakənd kəndinə çatdı - YENİLƏNİB

Xəbərlər 14 Noyabr 2025 14:23 Oxunub 356
Növbəti köç karvanı Xocalının Şuşakənd kəndinə çatdı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xocalı rayonunun Xanyurdu kəndinə köç edən keçmiş məcburi köçkün ailələrinə mənzillərin açarları təqdim olunub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

***13:18

Növbəti köç karvanı Xocalının Şuşakənd kəndinə çatıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***12:03

Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb

Avtosfer.az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə (55 nəfər), Xanyurdu kəndinə isə 12 ailə (34 nəfər) qayıdır.

Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla da Şuşakənd kəndinə qayıdan ailələrin sayı 55 ailə (116 nəfər), Xanyurdu kəndinə köçkünlərin sayl isə 81 ailə (271 nəfər) çatacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh