Nüvə təhlükəsindən qorxan ölkələr arasında Azərbaycan hansı yerdədir? - SİYAHI

Dünyada nüvə təhlükəsi hələ də planet sakinlərini narahat edən əsas məsələlərdən biridir.
Bu barədə “Gallup International” tədqiqat agentliyi beynəlxalq assosiasiyasının 40 ölkədə keçirdiyi “İlin sonu” (“End of the Year”) adlı qlobal sorğunun nəticələrindən bəlli olub.
Məlum olub ki, dünya üzrə respondentlərin 40%-i nüvə silahından istifadə riskini yüksək, 37%-i orta hesab edir, 14%-i isə nüvə təhlükəsi görmədiyini açıqlayıb. Qalanları cavab verməkdə çətinlik çəkiblər.
Nüvə müharibəsindən ən çox İndoneziya və Nigeriyada yaşayanlar qorxur. Onların 72 faizi nüvə silahının istifadə oluna biləcəyini deyib.
Azərbaycan ümumilikdə nüvə təhlükəsi məsələsinə kifayət qədər optimist münasibət nümayiş etdirir. Belə ki, sorğuda iştirak edənlərin yalnız 18 faizi riski yüksək qiymətləndirib. Respondentlərdən 34 faiz təhlükəni orta, 26 faizi isə riski aşağı qiymətləndirdiyini qeyd edib. (oxu.az)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











