“Oğurluğu şikayətçinin oğlu törədib” - DİN-dən iddialara cavab

Xəbərlər 20 İyun 2024 12:37 Oxunub 290
“Oğurluğu şikayətçinin oğlu törədib” - DİN-dən iddialara cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba sakininin evindən oğurluq edən şəxslərin 1 aya yaxındır, azadlıqda gəzməsi ilə bağlı iddialara rəsmi münasibət bildirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Zeynal Tarverdiyevin müraciəti ilə bağlı Quba RPŞ-də araşdırmalar aparılıb: “Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Qeyd edək ki, Zeynal Tarverdiyev evindən oğurluq edən şəxslərin bu günə qədər azadlıqda gəzdiyini iddia etmişdi. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh