Oğuzda narkokuryer saxlanıldı - FOTO - VİDEO

Xəbərlər 6 İyul 2024 10:26 Oxunub 370
Oğuzda narkokuryer saxlanıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 67 yaşlı Arif Fərəcov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ondan 2 kiloqram marixuana aşkar olunub. A.Fərəcov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib. 
Araşdırmalar davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh