Ölkəyə gətirilən 16 ədəd "İphone" aeroportda müsadirə olundu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçən zaman saxlanılıb və çantalarının rentgen aparatından keçirilməsi üçün "Qırmızı kanal" buraxılış sisteminə yönləndirilib.
Bu zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus əl çantalarında əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, yazılı və ya elektron formada bəyan edilməyən 14 ədəd "İphone 12 Pro 128GB", 2 ədəd "İphone 12 Pro Max 128GB", 1 ədəd qutusu və aksesuarları olmayan "Samsung A71" markalı mobil telefon, 1 ədəd "Airpods Pro" markalı qulaqlıq, 4 ədəd "Iphone" markalı mobil telefonlar üçün USB və 14 ədəd telefon aksesuarları üçün qab aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










