“Ölsək, heç kimin xəbəri olmayacaq” - Pəncəlinin qardaşı - FOTO - VİDEO

Güclü qar səbəbilə Astara rayonu və bir neçə kənd arasındakı yol bağlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov məlumat verib.
Asxanakəran kənd sakini F.Teymurov bildirib ki, vəziyyətlə bağlı aidiyyəti üzrə müraciətlər etsələr də baxılmır:
“Bir neçə gündür yollar bağlıdır. Astara rayonunun Asxanakəran, Hamuşam, Toradi və Motlayataq kəndlərində vəziyyət dəyişməz olaraq qalır. Kəndlərdə nə internet var, nə işıq, nə də yollar açılıb. Aramsız yağan qar səbəbindən yaşayış məntəqələri arasında əlaqə tamamilə kəsilib. Üstəlik, nə yollara texnika göndərilib, nə də buna hər hansı bir cəhd olunub. Kənd əhalisi ərzaq üçün rayona gedə bilmir. Çıxmışıq dağın başına ki, heç olmasa buradan əlaqə yarada bilək. Ölsək, heç kimin xəbəri olmayacaq, dünya ilə əlaqəmiz kəsilib”.
Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Asiman Qasımlı saytımıza bildirdi ki, hazırda yollarda təmizlik işləri aparılır:
“Hamuşam kəndindən rayona gedən yollar təmizlənir. Eyni zamanda əks istiqamətdə də təmizlik gedir. Qarın hündürlüyü çox olduğu üçün təkərli texnikalar hərəkət edə bilmir. Bizə iri, sepli texnikalar lazım idi ki, rahat hərəkət edə bilsin. Qarın hündürlüyü müxtəlif yerlərdə 1 metr 20 santimetrdən 1 metr 60 santimetrə qədərdir. Hazırda qar yağmır, yolun açılması istiqamətində işlər görülür. Lakin gün sonuna qədər yolların tam açılacağını dəqiq deyə bilmərik”.






Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










