Onlayn qumar şəbəkələri ifşa olundu - Kiberpolisdən əməliyyat - VİDEO

Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.
Avtosfer.az xəbər verir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar. Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan “7isles”, "fastloto.com" və “chcplay.net” internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar. Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə “Ambassasdor", “Kazino 555”, “VİP 888”, “Shangrila” və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










