Onlayn qumar və kazino oyunları təşkil edənlər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, kiberpolisin keçirdiyi növbəti əməliyyatlar zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurublar.
Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları "Batumi Kazino", "Priz Kazino" və s. səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
S.Rəcəbov, İ.Rzayev, Ş.Əliyev və R.Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Bildiririk ki, əks halda kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və bu qanunsuz oyunlarda iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz.
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO
Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı - FOTO - VİDEO
Dövlətə xəyanət edib başqa ölkəyə işləyən silahlı şəxs həbs olundu - DTX-dan ƏMƏLİYYAT











