Ordunun Mühəndis Qoşunlarında məşğələlər keçirilir - VİDEO
Xəbərlər
18 Fevral 2022 12:09
Oxunub 928

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqlardan istifadə etmək vərdişlərini təkmilləşdirir.
Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpa edilməsi və digər tapşırıqlar üzrə praktiki bacarıqlarını artırır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













