Otağında gizli çəkiliş aparan Şərurlu İsfəndiyar jurnalistləri şantaj etdi

Məşhur iş adamı şərurlu İsfəndiyar APA TV əməkdaşlarını şantaj edib.
Avtosfer.az xəbər verir ki, otağında kamera quraşdıran iş adamı media qrumunun əməkdaşına hədə-qorxu gəliblər. Buna səbəb Şərurlu İsfəndiyarın şirkətinin tikinti işini apardığı “Jasmine Park Qobu” layihəsində sakinlərin şikayəti ilə bağlı yayımlanan süjet olub. O, APA TV rəhbərliyini təhdid edərək əlində media qurumun əməkdaşlarına rüşvət verməsi ilə bağlı görüntülər olduğunu deyib.
Məlum olub, ki, İsfəndiyar Axundov xidməti otağında kamera quraşdıraraq şirkəti ilə APA TV arasında gələcəkdə əməkdaşlıq, reklam və piar işlərinin görülməsi üçün əməkdaşlara 200 manat avans verib. Lakin müxbir kanal rəhbərliyinə məlumat verdikdən sonra ona pulun dərhal qaytarılması bildirilib.
Əməkdaş pulu qaytardıqdan sonra, daxili etik kodeksi pozduğu üçün cəzalandırılıb. İsfəndiyar Axundov sözügedən süjetin efirə gedəcəyi təqdirdə əlindəki görüntüləri yaymaqla hədələyib.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










