Ötən il korrupsiya ilə bağlı 56 ŞƏXS CİNAYƏT BAŞINDA YAXALANIB

Ötən il korrupsiya ilə bağlı 56 şəxs cinayət başında yaxalanıb.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, ötən il korrupsiya cinayəti ilə bağlı axtarışda olan 30 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 405 şəxs barəsində 280 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib.
Bununla bərabər, 2023-cü ildə məhkəmələrə korrupsiya və oxşar şübhələrlə ümumilikdə 336 şəxs barəsində 224 cinayət işi göndərilib. Bunlardan 66 şəxs barəsində 45 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 51 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 67 şəxs barəsində 34 iş rüşvət alma (passiv rüşvətxorluq), 48 şəxs barəsində 26 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 7 şəxs barəsində 5 iş cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qalanları isə digər faktlarla əlaqədar olub.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











