Ötən il nə qədər narkotik vasitə müsadirə edilib? - RƏSMİ

2020-ci ildə ölkədə qeydə alınan 26 mindən çox cinayət hadisəsinin 5 252-sini (20,2 %-i) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Daxili İşlər Nazirliyinin məlumatları əsasında hazırlanan statistikaya görə, 2020-ci ildə qeydə alınan göstəricilər 2019-cu il ilə müqayisədə 19,8 % çox olub.
2020-ci ildə qeydə alınan faktların 55,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Bu da 2019-cu ilin göstəricisindən 13,3 faiz çoxdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kq-nı marixuana, 277,9 kq-nı tiryək, 65,4 kq-nı həşiş, həşiş yağı və qətranı, 1,3 kq-nı kokain, 168,2 kq-nı isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı










