Banner

Prezident dağılmış yolda maşın sürdü: Aldadıldığını dedi - VİDEO

Xəbərlər 14 Mart 2023 20:54 Oxunub 2194
Prezident dağılmış yolda maşın sürdü: Aldadıldığını dedi    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Surxandərya vilayətinin Baysun və Denau şəhərləri arasında yolun keyfiyyətini yoxlamaq qərarına gəlib və onun keyfiyyətindən məyus olub. 

Müvafiq videonu respublika başçısının mətbuat xidməti öz “Telegram” kanalında yayıb.

Vətəndaşların əvvəllər şikayət etdiyi xarab yolda maşın sürərkən prezident “hərəkət etməyin mümkün olmadığını” deyib.

“Birinə güvənirsən, yalan danışır. Deyəcəklər ki, hər şey yaxşıdır, gizlədəcəklər. Bax, biz özümüz görürük ki, bu yolla hərəkət etmək mümkün deyil. Keyfiyyət yoxdur”, - Mirziyoyev bildirib. Dövlət başçısı “müasir, keyfiyyətli və hamar yol” layihəsinin hazırlanmasını da tapşırıb. (lent.az)
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh