Banner

Özünü körpüdən atmaq istəyən qadın son anda xilas edildi - VİDEO

Xəbərlər 9 Avqust 2023 12:04 Oxunub 918
Özünü körpüdən atmaq istəyən qadın son anda xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəranda 23 yaşlı qadın özünü körpüdən atmaq istəyib.

Avtosfer.az-ın verdiyi xəbərə görə, hadisə Hirkan qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, qadın evli olub. O, ailədaxili problemlər səbəbindən özünü Ələt-Astara magistralının üstündən keçən körpüdən atmaq qərarına gəlib.

Ətrafdakı insanlar qadını fikrindən daşındırmağa çalışsalar da buna nail olmayıblar. Həmin vaxt yoldan keçən Lənkəran polis şöbəsinin əməkdaşının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb. Polis qəfil həmlə ilə qadını tutaraq xilas edib.

Qafqazinfo

ŞƏRH YAZ
Ad

E-mail

Şərh