Banner

Özünü yandıran qazi VƏFAT ETDİ

Xəbərlər 12 İyul 2022 11:59 Oxunub 1496
Özünü yandıran qazi VƏFAT ETDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edən Qarabağ qazisi Elvin Cəfərov ötən gecə vəfat edib.
 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-a açıqlamasında faktı  təsdiqləyib. 
 

Qeyd edək ki, 35 yaşlı qazi intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfəov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. Elvin Cəfərovun 2 azyaşlı oğlu var.

Elvin Cəfərov müharibədə “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər. 

Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh