Paralimpiya Komitəsindən İlkin Nəsibovla bağlı - Açıqlama

Milli Paralimpiya Komitəsi paracüdoçu İlkin Nəsibovun Gürcüstanda keçirilən Avropa çempionatında yoxlanışdan keçə bilməməsi ilə bağlı açıqlama yayıb.
Avtosfer.az xəbər verir ki, açıqlamada tibbi təsnifat ilə bağlı qaydaların yeniləndiyi bildirilib.
“Paralimpiya idman növlərində çıxış etmək istəyən hər bir idmançının həmin paraidman növünün tibbi təsnifatından keçməsi zəruridir. Tibbi təsnifat təbii proses hesab olunur və bu, yalnız Azərbaycan idmançılarına deyil, bütün iştirakçılara şamil edilir.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Paracüdo üzrə Avropa çempionatından əvvəl dörd idmançımız tibbi təsnifatda iştirak edib. Ölkəmizi qitə çempionatında ümumilikdə 8 paracüdoçumuz təmsil edib. Tibbi təsnifatdan keçmiş üç idmançımız daxil olmaqla, 2 gənc idmançımız ilk dəfə beynəlxalq arenada tatamiyə çıxıb. Paracüdoçumuz İlham Zəkiyev qızıl medal qazanaraq Tbilisidə himnizi səsləndirib, Dürsədəf Kərimova isə gümüş medala yiyələnib.
Yalnız 2005-ci il təvəllüdlü İlkin Nəsibovun gözündə görmə əlilliyinin paracüdonun J2 kateqoriyasında çıxış etməsi üçün yetərli olmadığı məlum olub.
Qeyd edək ki, bu kateqoriyada qismən görmə məhdudiyyətli idmançılar mübarizə aparır.
Milli Paralimpiya Komitəsi tərəfindən tibbi təsnifat ilə bağlı yenilənmiş qaydalara adaptasiya prosesi böyük həssaslıqla həyata keçirilir, bu prosesin sürətləndirilməsi üçün bütün zəruri addımlar atılır və mütəmadi olaraq federasiyalar və assosiasiyalar arasında bu istiqamətdə müzakirələr aparılır. MPK olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik”, - məlumatda vurğulanıb.
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq











