Banner

Parisdə yüzlərlə sərnişin tuneldə qaldı - VİDEO

Xəbərlər 20 İyul 2022 17:44 Oxunub 836
Parisdə yüzlərlə sərnişin tuneldə qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fransanın paytaxtı Parisdə şəhərətrafı qəsəbələr arasında səfərlər həyata keçirən RER B və RER D xətləri sıradan çıxıb. Yüzlərlə sərnişin uzun müddət tuneldə qapalı şəraitdə qalıb və bu səbəblə də qatarların hərəkəti dayandırılıb.

Tunellərdə ilişib qalan sərnişinlər daha sonra qatarlardan düşərək stansiyaya qədər piyada gediblər.

Sərnişinlərdən biri konduktorun onlara qapıları özlərinin açmasını söylədiyini və təxminən 50 dəqiqə qatarda qaldıqlarını bildirib. O, qatardan düşdükdən sonra növbəti stansiyaya qədər 45 dəqiqə piyada getdiyini qeyd edib.

Sərnişinlərin lentə aldığı görüntülərdə qatardan düşənlərin telefonlarındakı işıqların köməyi ilə tuneldə növbə ilə irəlilədikləri görünür. Bəzi sərnişinlər xətləri işlədən şirkətlərdən narazılıqlarını ifadə edərək onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh