Parlamentdə deputatlar arasında GƏRGİNLİK

“Bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır”.
Bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasında bildirib.
“Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır. Sahibə xanım bizim Sosial Müdafiə Nazirliyinə kifayət qədər suallarımız var. Biz istəyirik, bir neçə deputat nazirliyin rəhbərliyi ilə görüşək, bəzi məsələləri aydınlaşdıraq ki, mətbuata daşımayaq. 2 ay ərzində 48 məktub almışam, hamısı bu nazirliklə bağlıdır. Pensiya, ünvanlı sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var” ,- deyə deputat vurğulayıb.
Spiker Sahibə Qafarova deputata belə cavab verib: “Yadımdadır ki, sizin komitələr dinləmələr keçirib. Sahil Babayev də bu dinləmələrdə iştirak edib. Nazirliyin əməkdaşları da müxtəlif məsələlərlə bağlı müzakirələrdə iştirak ediblər, fəal olublar”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə əlavə edib ki, bu məsələlər həm komitələrdə, həm də qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub: “Nazir Sahil Babayev də bir saata yaxın danışıb. Düzü, bilmirəm siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdınız. Ümumiyyətlə, düşünmürəm sizin belə probleminiz olsun, ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur”. (qafqazinfo)
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı











