Banner

Paşinyan İlham Əliyevlə görüşmək üçün BƏƏ-yə getdi

Xəbərlər 9 İyul 2025 12:23 Oxunub 322
Paşinyan İlham Əliyevlə görüşmək üçün BƏƏ-yə getdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə yola düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb. 

"Bu gün Əbu-Dabidə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında görüş planlaşdırılır.

İyulun 10-da Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində Əbu-Dabidə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - deyə o qeyd edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh