Paşinyana ölən əsgərin məzarı önünə gül qoymağa imkan verilmədi - VİDEO
Xəbərlər 18 Aprel 2021 11:48 Oxunub 438
Paşinyana ölən əsgərin məzarı önünə gül qoymağa imkan verilmədi - VİDEO

Ermənistanın Vayosdzor bölgəsinin Getap kəndinin sakini Baş nazir Nikol Paşinyanın onun ikinci Qarabağ müharibəsində ölən qohumunun məzarı üstünə gül qoymasına icazə verməyib.

Avtosfer.az xəbər verir ki, hadisənin videosunu “News.am” saytında yerləşdirilib.

"... Bu, qardaşımın məzarıdır. Mənim haqqım var ... sizə icazə vermirəm" – kişi baş nazirə deyib.

Nəşr bildirib ki, Paşinyan sonradan yenidən məzara yaxınlaşıb, vətəndaşla danışmağa çalışıb. Ancaq kişi bildirib ki, məsul şəxslərdən heç biri ona qardaşının meyitinin tapmasına kömək etməyib, əksinə mane olublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh