Banner

Paytaxt küçələrində avtoxuliqanlıq edən “Bakinec” ləqəbli sürücü - VİDEO

Xəbərlər 31 May 2023 16:49 Oxunub 3222
Paytaxt küçələrində avtoxuliqanlıq edən “Bakinec” ləqəbli sürücü    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Drift şousu nümayiş etdirdi, bununla kifayətlənməyərək etdiyi əməli sosial media istifadəçiləriylə bölüşdü.
Avtosfer.az xəbər verir ki, mövcud qayda pozuntusu törədən şəxs videonu lentə aldıraraq şəxsi hesabında paylaşıb. Videoda əks olunan görüntülərdən də aydın olduğu kimi “Ford Mustang” markalı, 99-NE-333 dövlət nömrə nişanlı avtomobil yolun ortasında avtoxuliqanlığını reklam edib. 
Qeyd edək ki, baş vurduğu qayda pozuntusunu açıq şəkildə insanlarla  bölüşən sürücünün qaydalara zidd hərəkət etdiyi videolar üstünlük təşkil edir. Drift etməyi sevən, həyəcan axtarışında olan sürücüyə bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən, məsuliyyətə cəlb oluna bilər.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh