Paytaxtda düzgün park edilməyən avtomobillər cərimələnir: Rəsmi qurum NƏ DEYİR? - VİDEO

Paytaxt küçələrində parklanma qaydalarını pozan sürücülər cərimələnirlər.
Avtosfer.az xəbər verir ki, bunun üçün xüsusi texniki vasitələrdən istifadə olunur. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, xüsusi nəqliyyat vasitəsi daim paytaxt küçələrində hərəkətdə olur və üzərinə quraşdırılmış kameralar vasitəsilə düzgün park edilməmiş avtomobillərə cərimələr tətbiq edilir.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən xüsusi vasitə onlara aiddir və bu, pilot layihədir.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, parklanma qaydalarına düzgün əməl etməyən sürücülərə cərimələrin tətbiq olunması qanunidir.
Ekspert bildirib ki, səhv parklanmış avtomobilləri qeydə alan və xüsusi texniki vasitələrlə təchiz olunmuş avtomobil işə başlayandan sonra bu kimi hallar nisbətən azalıb.
Qeyd edək ki, parklanma qaydalarının pozulmasına görə 20 manat, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digərlərinin parklanmasına görə isə 60 manat cərimə nəzərdə tutulub.
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











