Banner

Paytaxtda əl qumbarası tapıldı - VİDEO

Xəbərlər 10 Avqust 2022 12:58 Oxunub 960
Paytaxtda əl qumbarası tapıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Avtosfer.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F1 əl qumbarası və onun UZRQM-2 tipli partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh