Paytaxtda unikal piyada körpüsü inşa edildi - FOTO - VİDEO

“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Ağ Şəhər Bulvarını birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilib.
Bu barədə Avtosfer.az-a AAYDA-dan məlumat verilib.
Uzunluğu 234 metr, eni isə 7-13 metr arası dəyişən piyada körpüsü bir aşırımlı olmaqla layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılıb”.
Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsaslında, keyfiyyətli tikinti və dizayn materiallardan istifadə olunaraq icra edilib.
Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edir. Bu səbəbdən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq.
Piyadalar körpü vasitəsilə Zaman meydanına, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər isə gələcəkdə metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.
Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı - FOTO
Bu obyektlərdə “dəvə qutabı” ilə bağlı reydlər keçirildi - Nöqsanlar üzə çıxdı - ŞOK VİDEO
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Prezident açılışda çıxış etdi - Tam mətn - FOTOLAR - YENİLƏNİB
Nəzrinin ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edildi
Alınan biletin 80 faizini qaytarıblar - Sərnişinlər isə yollarda qalır...
Bu məmurlar VƏZİFƏDƏN GEDƏCƏK - Prezident AÇIQLADI
Azərbaycanda icra hakimiyyətləri ləğv olunacaq? - ŞOK AÇIQLAMA
Hava limanı yolunda sürət həddi bərpa edildi - FOTO - YENİLƏNİB
İlin ilk Çin-Avropa yük qatarı Azərbaycana yola düşdü - FOTO
Polisə yalan məlumat verən taksi sürücüsü saxlanıldı - VİDEO

























