Paytaxtın bu küçəsində yenidənqurma işləri tamamlandı - FOTO - VİDEO

“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Süleyman Vəzirov küçəsinin bir hissəsində aparılan yenidənqurma işləri uğurla tamamlanıb. Yenidənqurma işləri Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən Babək prospektinədək olan ərazini əhatə edib.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 1100 metr olan sözügedən küçədə hərəkət hissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.
Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasir standartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb.
Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruri ərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləri tikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb.
Aidiyyəti üzrə “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq yol nişanları quraşdırılıb, yol cizgiləri, yolgöstəricilər və piyada keçidləri çəkilib.
Aparılan kompleks yenidənqurma işlərindən sonra Süleyman Vəzirov küçəsinin qeyd olunan hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR



















